Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 10:49 | Baxılıb: 2016
Əfsanəvi boksçu Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcək.

“gece.ws” xəbər verir ki, idmançı bununla bağlı instaqram hesabında paylaşım edib.

Qarşılaşma 2026-cı ilin yazında baş tutacaq.

Qeyd edək ki, 59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.

48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.