
“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.
“Əldə edilmiş razılığa əsasən, Qətərdə olan 12 milyard dollarlıq İran vəsaitlərinin ümumi məbləğindən 6 milyard dollar blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyi barədə xəbərlər yayılmışdı.