Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2026 | 22:03 | Baxılıb: 1530
Fransada davam edən güclü istilər heyvandarlıq sektoruna ciddi ziyan vurub.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın kənd təsərrüfatı naziri Annie Genevard açıqlama verib.

O bildirib ki, ölkənin Bretan bölgəsində 6 min ton ev quşu isti hava səbəbindən tələf olub.

Nazirin sözlərinə görə, havanın temperaturu 40 dərəcəni keçdiyi üçün quşlar sərinləyə bilməyib. Hökumət quşçuluq təsərrüfatlarına ventilyasiya və soyutma sistemlərinin quraşdırılması üçün kredit ayıracaq, zərərin ödənilməsi ilə bağlı isə sığorta şirkətləri ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, Fransada iyunun ortalarından davam edən isti səbəbindən 109 nəfər həyatını itirib, məktəblər bağlanıb. Bəzi məktəb, xəstəxana və evlərdə binaları sərin saxlamaq üçün pəncərələr termal örtüklərlə bağlanıb

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.