Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.12.2026 | 11:41 | Baxılıb: 2478
Masallı rayonunda qətl törədilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, dünən səhər saatlarında Şıxlar kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb.

Məlum olub ki, o, gecə saatlarında yaşadığı evdə baltalanaraq qətlə yetirilib.

Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.

Cinayətdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.