
Bu barədə “gece.ws”ya Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.
Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində idarə tərəfindən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.
“Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib. Sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib”, - məlumatda qeyd olunub.