“gece.ws” xəbər verir ki, 2017-ci il təvəllüdlü A. Abbasova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə 8 yaşlı qızın öldüyü hadisənin təfərrüatı məlum olub.
Dünən müəmmalı şəkildə ölən Ayşən Azər qızı Abbasovanın qaçarkən velosipedə çırpılması nəticəsində vəfat etməsi müəyyənləşib.
Belə ki, Ayşən yaşadığı Ozan küçəsində döngədən qaçarkən 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyevin idarə etdiyi velosipedə dəyib. Bu zaman velosipedin sağ əyləc tutacağı A.Abbasovanın gözünə girib. Nəticədə azyaşlı qız aldığı açıq kəllə-beyin travması xəsarətindən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev