Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.14.2025 | 12:09 | Baxılıb: 2548
Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb. 

“gece.ws"in xəbərinə görə, hadisə rayonun Mürsəlli kəndində baş verib. 

Kənd sakini – 1940-cı il təvəllüdlü Zeynalova Balabikə ötən gün bədənin müxtəlif nayihələrində ağır xəsarətlərlə rayon xəstəxanasına gətirilib. Bu gün isə həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və B.Zeynalova xəstəxanada həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu, 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.