Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.08.2026 | 16:10 | Baxılıb: 3607
MLS-in növbəti oyunları çərçivəsində martın 8-nə keçən gecə “İnter Mayami” səfərdə “DC Yunayted”in qonağı olub.

“gece.ws” “Sky Sports”a istinadla xəbər verir ki, gərgin keçən qarşılaşma Mayami təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

“İnter Mayami”yə vacib üç xalı qazandıran qolları argentinalı ulduzlar Rodriqo De Paul və Lionel Messi vurublar. Messi üçün isə bu qol xüsusi əhəmiyyət kəsb edib, belə ki, əfsanəvi futbolçu peşəkar karyerasında vurduğu qolların sayını 899-a çatdırıb. Meydan sahiblərinin yeganə cavab qoluna isə Tay Baribo imza atıb.

Qeyd edək ki, “İnter Mayami” keçirdiyi üç oyundan sonra 6 xal toplayaraq Şərq Konfransında 3-cü pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra 3 xalı olan “DC Yunayted” isə konfransda 7-ci yerdədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.