
“gece.ws” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında yazıb.
Onun sözlərinə görə, artıq iki ildir ki, toqquşmalar, itkilər yoxdur və sərhəddəki yaşayış məntəqələri atəşsiz mühitdə yaşayır: “Bu, müstəqillikdən bəri ölkəmizin ilk dəfə əldə etdiyi ən mühüm nailiyyətdir. Bu gün bizim vəzifəmiz əldə etdiyimiz sülhü düzgün şəkildə qorumaqdır”.