Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 13:47 | Baxılıb: 2359
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə 1:1-lik heç-heçə edib.

“gece.ws” xəbər verir ki, qarşılaşmadan sonra nəticədən çox futbolçuların meydanda göstərdiyi əzmkarlıq müzakirə mövzusu olub. 

Komandanın heyətində xüsuilə Elvin Cəfərquliyev, Abdulla Xaybullayevin oyunu gündəmə gəlib.  

“Qarabağ”ın müdafiəçisi E.Cəfərquliyev 90 dəqiqə meydanda olmasına baxmayaraq matçın sonlarında rəqib komandaya etdiyi təzyiqlə daha çox diqqət mərkəzinə düşüb. 

Onun əzmkarlığı azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb. 

Komandanın bundan öncəki matçlarda 90 dəqiqə mübarizə aparmaması, həmişə tənqid edilirdi. Bu oyundan sonra daha çox komanda haqqında “deməli, 90 dəqiqə də dözmək olarmış” şərhləri də diqqət çəkib. 

E.Cəfərquliyevin matçın sonlarında alqış qazanan həmin oyununu təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.