Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.09.2026 | 23:51 | Baxılıb: 2279
ABŞ-nin “İnter Mayami” klubu MLS çərçivəsində Kanadada keçirilən matçda “Toronto” üzərində 4:2 hesablı inamlı qələbə qazanıb.

“gece.ws” xəbər verir ki, “Bi-Em-O Fild” stadionunda baş tutan qarşılaşmada qalib komandanın heyətində Rodriqo De Paul, Luis Suares və Serxio Reqilon hərəyə bir dəfə fərqləniblər.

Komandanın kapitanı Lionel Messi isə vurduğu bir qolla yanaşı, iki məhsuldar ötürmə ilə yadda qalıb. “Toronto"in heyətində hər iki qolun müəllifi Emilio Aristisabal olub.

Qeyd edək ki, bu, Messinin peşəkar karyerasında vurduğu 907-ci qol kimi tarixə düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.