
“gece.ws” “Metro”ya istinadla xəbər verir ki, 76 yaşlı Hanserin rəsmi ölüm səbəbi açıqlanmayıb.
Məlumata görə, ABBA qrupunun üzvləri Aqnetf Feltskoq, Byörn Ulveus, Benni Andersson və Frida Lyunqstad sosial şəbəkələrdə ortaq bəyanat yayıblar:
“Biz ən sevimli dostumuzu və ən yaxın həmkarımızı itirdik. Bu itkinin miqyası ölçüyəgəlməzdir. Bu kədərli vaxtda şəxsi həyatımıza hörmətlə yanaşmağınızı xahiş edirik”.
Xatırladaq ki, ABBA qrupu 1972-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində yaradılıb. Qrup dünya şöhrətini 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsində ifa etdikləri məşhur “Waterloo” hiti ilə qalib gəldikdən sonra qazanıb. Qrup faktiki olaraq 1982-ci ildə fəaliyyətini dayandırıb.