
Bu sözləri “gece.ws”ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov deyib.
A.Məhərrəmov adının Ramiz Mehdiyev məsələsində hallandırılmasını boş söhbət adlandırıb.
“Mənim vəzifəm elə olub ki, həftədə 3 dəfə Prezident Administrasiyasında olmuşam. Artıq 10 ilə yaxındır ki, vəzifədən də çıxarılmışam. Ramiz Mehdiyevlə də sonradan heç bir münasibətim olmayıb. Bu deyilənlər boş-boş söhbətlərdir. Siz belə şeylərə baş qoşmayın”, - sabiq rektor əlavə edib.
Xəbəri rus dilində oxuyun: Реакция Абеля Магеррамова на слухи о связях с Мехтиевым
Qeyd edək ki, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin yaxın adamları sırasında Abel Məhərrəmovun da adı hallanıb. Keçmiş rektor bu günə qədər məsələyə münasibət bildirməmişdi.
Sail Ağasəlim