
“gece.ws” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
Məlumata görə, Cənub-Şərqi Türkiyə üçün səyahət xəbərdarlığı səviyyəsi “Səviyyə 4 – Səyahət etməyin” mərhələsinə qaldırılıb. Bununla yanaşı, Türkiyə üzrə ümumi səyahət xəbərdarlığı “Səviyyə 2 – Əlavə ehtiyatlı olun” olaraq qalır.
Bildirilib ki, ölkə üzrə ümumi risk göstəricilərində dəyişiklik olmasa da, ABŞ diplomatik əməliyyatlarında edilən dəyişikliklər fonunda Türkiyənin cənub-şərqində təhlükəsizlik riskləri artdığı üçün səyahət tövsiyələri yenilənib.
Səfirlik qeyd edib ki, 9 mart 2026-cı ildə ABŞ Dövlət Departamenti ehtiyat tədbiri olaraq vacib olmayan ABŞ hökumət əməkdaşlarına və onların ailə üzvlərinə Adanadakı konsulluğu tərk etməyi tapşırıb.