Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 00:41 | Baxılıb: 3098
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni sülh planının on bəndindən üçünü hələ danışıqlar başlamazdan əvvəl pozmaqda ittiham edib.

“gece.ws” xəbər verir ki, o bu haqda “X “ sosial şəbəkə hesabında yazıb.

Qalibaf Livanda atəşkəsin pozulmasını, pilotsuz təyyarənin İranın hava məkanına daxil olmasını və Tehranın uranı zənginləşdirmək hüququnun rədd edilməsini misal gətirib.

O, xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp İranın on bəndlik təklifini “danışıqlar üçün işlək əsas” adlandırıb, lakin onun üç bəndi artıq pozulub.

İran parlamentinin sədri vurğulayıb ki, bu şəraitdə ikitərəfli atəşkəs və ya danışıqlar praktiki deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.