
“gece.ws” xəbər verir ki, bu barədə ABŞ-nin Bəhreyndəki səfirliyi rəsmi veb-saytında məlumat yayıb.
Bəyanatda davam edən regional təhlükəsizlik riskləri səbəbindən diplomatik missiyanın bağlı qalacağı və fəaliyyətin bərpası ilə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Prezident Donald Tramp zərbələrin dörd-beş həftə davam edəcəyini, lakin Tehranın danışıqlar masasına oturacağı təqdirdə əməliyyatın dayandırıla biləcəyini vurğulayıb.