Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.13.2026 | 15:53 | Baxılıb: 3200
ABŞ İraq millisinin 5 futbolçusuna dünya çempionatında iştirak üçün viza verməyib.

“gece.ws” xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasınnı rəsmisi Qalib əl-Zameli məlumat verib.

O bildirib ki, yığmanın oyunçuları - İbrahim Bayeş Mohanad Ali, Zaid Tahsin, Heydar Abdulkərim və Ali al-Hamadi vizadan məhrum olunub: “Onlar dünya çempionatında iştirak etməyəcək”.

Həmin oyunçulardan Ali al-Hamadi İngiltərənin “Luton Taun” klubunun üzvüdür.

İraq Futbol Federasiyası bununla bağlı FİFA-ya müraciət edib.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.