
“gece.ws” Nigeriyanın “Vanguard” qəzetinə istinadən xəbər verir ki, artıq təxminən 100 nəfərdən ibarət ilk Amerika hərbi qrupu ölkənin şimal-şərqindəki Borno ştatının paytaxtı Mayduquriyə çatıb.
Nəşr yazır ki, hərbi nəqliyyat təyyarələri ilə gətirilən mütəxəssislərin əsas vəzifəsi Nigeriya Silahlı Qüvvələrinə antiterror əməliyyatlarının planlaşdırılmasında və həyata keçirilməsində kömək etməkdir.