Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 21:45 | Baxılıb: 2507
“Amerika Birləşmiş Ştatları 5 mart tarixində İran rejiminin Azərbaycana qarşı Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına səbəb olan səbəbsiz pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir”.

“gece.ws” xəbər verir ki, bu, Dövlət Departamentinin bəyanatında qeyd olunub.

Bildirilir ki, bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasıdır.

“ABŞ bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq”, - deyə bəyanatda bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.