
“gece.ws” xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regionda nizamlanmaya ciddi yanaşmadığını sübut edir”, - o qeyd edib.
Əraqçi əlavə edib ki, ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması onların xoşniyyətli olmadığını göstərir.
İran XİN rəhbəri vurğulayıb ki, ölkəsi öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud imkanlardan istifadə edəcək: “Regionda sülh və təhlükəsizliyin qorunması üçün məsləhətləşmələr davam etdiriləcək”.
Xatırladaq ki, ABŞ Oman körfəzində İrana məxsus gəmini vurub.