Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.05.2026 | 10:55 | Baxılıb: 5927
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə xəbərdarlıq edib.

“gece.ws” xəbər verir ki, iranlı nazir bu barədə “X” hesabında yazıb.

O, ABŞ-ni İran sahillərindən 2000 mil məsafədə cinayət törətməkdə günahlandırıb: “Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan “Dena” freqatı göyərtəsində təxminən 130 dənizçi ilə beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb. Bu sözlərimi yadda saxlayın: ABŞ yaratdığı bu presedentdən çox peşman olacaq”.

Xatırladaq ki, ötən gün İrana məxsus “Iris Dena” gəmisi Hind okeanında, Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb. Hücum nəticəsində azı 80 nəfər həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.