Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2026 | 04:49 | Baxılıb: 3406
ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir gəmiyə ölümcül zərbə endirib.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, əməliyyat “Southern Spear” adlı birgə işçi qüvvə tərəfindən həyata keçirilib və qərar komandan general Frensis Donovan tərəfindən verilib.

Kəşfiyyat məlumatlarına əsasən, hədəf alınan gəminin Şərqi Sakit Okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət etdiyi və qanunsuz dövriyyəyə cəlb olunduğu müəyyən edilib.

ABŞ tərəfi gəminin “təyin edilmiş terror təşkilatları” ilə əlaqəli strukturlar tərəfindən idarə olunduğunu bildirib.

Əməliyyat nəticəsində gəmidə olan iki nəfər zərərsizləşdirilib. ABŞ hərbi qüvvələrinin isə əməliyyat zamanı heç bir itki vermədiyi bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.