Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.24.2026 | 19:38 | Baxılıb: 1236
ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela ilə əlaqəli olan və sanksiyalardan yayınaraq qeyri-qanuni neft daşıyan “Bertha” adlı tankeri Hind okeanında ələ keçirib.

“gece.ws” xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb.

Açıqlamada bildirilir ki, ABŞ Silahlı Qüvvələri Karib dənizindən gələn və qeyri-qanuni neft ticarəti ilə məşğul olduğu üçün izlənilən sanksiya altındakı üçüncü tankerin göyərtəsinə daxil olub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, Kuk adalarının bayrağı altında fəaliyyət göstərən “Bertha” tankeri həm də İranla əlaqələrinə görə sanksiya siyahısında yer alırdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.