Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.17.2026 | 02:58 | Baxılıb: 1074
ABŞ-nin Rod-Aylend ştatının Poutaket şəhərində yerləşən hokkey arenasında silahlı insident qeydə alınıb.

“gece.ws” xəbər verir ki, hadisə nəticəsində atəşi açmaqda şübhəli bilinən şəxs də daxil olmaqla, üç nəfərin həyatını itirdiyi bildirilib.

Şəhər rəsmilərinin məlumatına görə, daha üç yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin ehtimallara əsasən, insident ailədaxili münaqişə zəminində baş verib və faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.