Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 06:54 | Baxılıb: 916
ABŞ-nin Nyu-York ştatında yerləşən Staten adasındakı gəmiqayırma zavodunda baş verən yanğın və ardınca qeydə alınan partlayış nəticəsində 1 nəfər ölüb, azı 36 nəfər xəsarət alıb.

“gece.ws” xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə yanğının söndürülməsi zamanı baş verən partlayışla daha da genişlənib.

Məlumata əsasən, yaralananların çoxu yanğınsöndürəndir. Sözügedən şəxslərdən üçünün vəziyyəti ağırdır. Xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən və təcili yardım əməkdaşı cəlb olunub. Ərazidə yanğının tam söndürülməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda yanğın və partlayışın dəqiq səbəbləri araşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.