Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.22.2026 | 03:55 | Baxılıb: 3209
ABŞ vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməli olduğu Pakistana səfərini ləğv edib.

“gece.ws” xəbər verir ki, bu haqda “Associated Press” (AP) ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“Vitse-prezident Vensin potensial danışıqlar üçün Pakistana səfəri təxirə salınıb”, - nəşr bildirib.

Qeyd edək ki, sabah Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqların ikinci raundunun keçirilməsi planlaşdırılır.

***

Ağ Ev İranla mümkün danışıqlar çərçivəsində Pakistana planlaşdırılan nümayəndə heyətinin səfərinin baş tutmayacağını açıqlayıb.

Qeyd edilib ki, ABŞ tərəfi İranın danışıqlar yolu ilə təqdim edəcəyi təklifi gözləməyi üstün tutur.

Vurğulanır ki, bu gün həyata keçirilməsi nəzərdə tutulan Pakistana səfər ləğv edilib və prosesin gələcək gedişatı İran tərəfinin addımlarından asılı olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.