Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.19.2026 | 22:05 | Baxılıb: 3250
ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində baş verən silahlı hücumda səkkiz azyaşlı həlak olub, iki nəfər isə yaralanıb.

“gece.ws” xəbər verir ki, silahlı şəxs üç fərqli yerdə bir neçə yaşayış evinə atəş açaraq, bir yaşdan 14 yaşa qədər səkkiz uşaq və yeniyetməni öldürüb. Onlardan bəziləri silahlı şəxslə qohum olub.

Hadisə yerinə gələn polis şübhəlini təqib edib. Nəticədə o, öldürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini və şəraitini müəyyən etməyə çalışır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.