Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.12.2025 | 13:33 | Baxılıb: 2379
ABŞ səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

“gece.ws” xəbər verir ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi də bununla bağlı rəsmi hesabında paylaşım edib.

Bildirilib ki, son zamanlar bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbsləri riski yüksək hal alıb: “Siyahıya daxil edilən ölkələr bunlardır: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.

ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilən səyahət tövsiyələrini nəzərdən keçirməli və onlara əməl etməlidir. Xəbərdarlığın məqsədi ABŞ vətəndaşlarını mümkün risklər barədə öncədən məlumatlandırmaqdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.