
“gece.ws” xəbər verir ki, bu haqda LRT məlumat yayıb.
“Biz ABŞ-dən Hörmüz boğazında naviqasiyanın bərpası üçün koalisiyaya qoşulmaq təklifi almışıq. Mən bu təklifi yaxın vaxtlarda Dövlət Müdafiə Şurasına təqdim etmək niyyətindəyəm”, - Litva dövlət başçısı bildirib.
Nauseda əlavə edib ki, əməliyyat “sülh xarakterli” olacaq və bu cür təşəbbüslərdə iştirak Amerika hərbçilərinin Litvada davamlı mövcudluğunu təmin edəcək.