Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.29.2025 | 22:25 | Baxılıb: 1164
ABŞ administrasiyası sentyabrda keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər etmək niyyətində olan Fələstin rəsmilərinin vizalarını ləğv edib.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. 

Yazılı açıqlamada administrasiya Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin Administrasiyasının rəsmilərinin vizalarını ləğv etdiyini bildirib.

ABŞ Dövlət Departamenti Fələstin Administrasiyasını terrorizmi qınamamaqda, zorakılığa təhrik etməkdə və Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə İsrailə qarşı “hüquqi müharibə”  aparmaqda günahlandırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.