Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 05:31 | Baxılıb: 5992
ABŞ İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda strateji bombardmançıların istifadə edildiyini rəsmi şəkildə təsdiqləyib.

“gece.ws” “Fox News”a istinadən xəbər verir ki, ilk zərbələr zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-2 Spirit” bombardmançıları hədəflərə cəlb olunub.

Radara görünməz xüsusiyyəti ilə seçilən bu təyyarələr əsasən möhkəmləndirilmiş və yeraltı obyektlərə qarşı istifadə olunur.

Əməliyyatlarda bununla yanaşı müxtəlif tipli qırıcı, hücum və radioelektron mübarizə təyyarələri də iştirak edib.

Qırıcı təyyarələr arasında “F-35 Lightning II”, “F-22 Raptor”, “F/A-18 Hornet” və “F-16 Fighting Falcon” yer alıb.

Hücum təyyarəsi kimi “A-10 Thunderbolt II”, radioelektron mübarizə üçün isə “EA-18G Growler” istifadə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.