Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.03.2026 | 18:39 | Baxılıb: 1301
ABŞ ordusuna məxsus iki hərbi qulluqçu Mərakeşdə keçirilən beynəlxalq hərbi təlim zamanı itkin düşüb.

“gece.ws” xəbər verir ki, hadisə “African Lion 2026” təlimləri çərçivəsində, ölkənin Tan-Tan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, hərbçilər mayın 2-də təlim zonasında yoxa çıxıblar. ABŞ Afrika Komandanlığı (AFRICOM) faktı təsdiqləyib və hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirib.

Hərbçilərin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “African Lion” təlimləri ABŞ və tərəfdaş ölkələrin iştirakı ilə keçirilən ən böyük hərbi manevrlərdən biri hesab olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.