Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 16:42 | Baxılıb: 1307
ABŞ Hərbi Qüvvələrinə Hörmüz boğazında gəmilərə təhlükə yarandığı təqdirdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerlərinə və İranın raket mövqelərinə zərbələr endirmək hüququ verilib.  

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Amerikalı məmur bildirdi ki, ABŞ hərbçiləri üçün regionda güc tətbiqi qaydaları dəyişdirilib. Onlar Hörmüz boğazından keçən gəmilər üçün birbaşa təhlükə mənbələrinə, o cümlədən, SEPAH-ın sürətli katerlərinə və ya İranın raket mövqelərinə zərbə endirmək hüququ əldə ediblər”, - o, “X” sosial şəbəkəsində yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.