Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.12.2026 | 18:00 | Baxılıb: 2572
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına girib-çıxmağa cəhd edən bütün gəmilərin blokadaya alınması prosesinə başlayacaq.

“gece.ws” xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp “TruthSocial”da yazıb.

Onun sözlərinə görə, İranla son danışıqlar yaxşı keçib, Tehranın nüvə proqramı məsələsi istisna olmaqla, əksər məqamlar razılaşdırılıb.

Tramp həmçinin əlavə edib ki, İslam Respublikası Hörmüz boğazında gəmilərin sərbəst keçidi ilə bağlı razılaşmalara mane olmaq üçün mina təhdidlərindən istifadə edir. ABŞ prezidenti bunu “qlobal şantaj” kimi qiymətləndirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.