
“gece.ws” xəbər verir ki, bu barədə məlumatı yüksəkrütbəli hərbi mənbəyə istinadən IRIB yayıb.
Mənbənin bildirdiyinə görə, Hörmüz boğazı ərazisində İran neft tankerinə hücum edən ABŞ bölmələri dərhal hədəfə alınıb:
“Hücumu həyata keçirən düşmən bölmələri İranın raket atəşinə məruz qalıb. ABŞ ordusu itki verərək geri çəkilmək məcburiyyətində qalıb”.
Qeyd edək ki, bundan əvvəl Keşm adası və Bəndər-Abbas limanı ərazisində bir neçə güclü partlayış səsinin eşidildiyi barədə xəbərlər yayılmışdı. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcı təyyarələri vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia etsələr də, digər məlumatlarda limana PUA hücumu və Sirikdəki partlayış xəbərləri təkzib olunub.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.