
“gece.ws” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hadisənin səbəbi hələlik açıqlanmayıb. ABŞ rəsmiləri helikopterin İran tərəfindən vurulub-vurulmadığını, texniki nasazlıq yaşayıb-yaşamadığını və ya başqa amillərin rol oynadığını araşdırır.
ABŞ Prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlama verərək pilotların vəziyyətinin yaxşı olduğunu bildirib.
Qəza İsrail-İran qarşıdurmasının yaratdığı regional gərginliyin nisbətən səngiməsindən sonra baş verib. ABŞ ordusu son aylarda Hörmüz boğazında əməliyyatlarını genişləndirərək bölgədə “Apache” helikopterləri, “MQ-9 Reaper” pilotsuz aparatları, F/A-18 və F-35 qırıcılarından istifadə edir.
Məlumata görə, münaqişənin başlanmasından bəri İran təxminən 30 ABŞ dronunu vurub. Bir neçə hərbi təyyarə də müxtəlif səbəblərdən itirilib. Lakin “AH-64 Apache” helikopterinin sıradan çıxması bu qarşıdurma dövründə ABŞ üçün ilk belə itki hesab olunur.
"Hellfire" raketləri ilə silahlandırılan “AH-64 Apache” helikopterləri ABŞ ordusunun ən effektiv hücum platformalarından biri sayılır. Bu helikopterlər xüsusilə sürətli qayıqlara və pilotsuz uçuş aparatlarına qarşı əməliyyatlarda mühüm rol oynayır.