Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.26.2026 | 19:39 | Baxılıb: 1360
ABŞ Silahlı Qüvvələri tərəfindən daha əvvəl Oman körfəzində saxlanılan İrana məxsus “Touska” gəmisinin 22 heyət üzvü azad edilib.

“gece.ws” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, heyətin bütün üzvləri İranın Pakistanın Kəraçi şəhərindəki konsulluğunun nümayəndəsinə təhvil verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 20-də Vaşinqtonun dəniz blokadasını yarmağa cəhd göstərdiyi üçün İranın “Touska” yük gəmisinin Oman körfəzində ABŞ tərəfindən ələ keçirildiyini bəyan etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.