Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.18.2026 | 15:44 | Baxılıb: 2426
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd adlandırıb. 

“gece.ws” xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“Bu, tarixi bir sənəd və qüdrətli İrandan bir mesajdır: Sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək”, - İran Prezidentinin paylaşımında deyilir.

Pezeşkian ölkəsinin hər zaman qlobal sülh ideyasına sadiq olduğunu, eyni zamanda öz ləyaqətini və müstəqilliyini qoruyaraq, tərəqqiyə və regional əməkdaşlığa can atdığını əlavə edib.

O həmçinin özünün, ABŞ Prezidenti Donald Trampın və vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladığı sənədin surətini paylaşıb.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.