Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.08.2026 | 23:22 | Baxılıb: 1060
ABŞ ordusu İran istiqamətinə hərəkət edən Palau bayrağı altında üzən neft tankerinə atəş açıb.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.

“Oman körfəzində İran istiqamətində hərəkət edən “M/T Marivex” gəmisi dayandırılıb. Ekipaj ABŞ Silahlı Qüvvələrinin göstərişlərinə əməl etmədikdən sonra “F/A-18 Super Hornet” təyyarəsi gəminin mühərrik və idarəetmə bölmələrinə yüksək dəqiqlikli sursatlarla zərbə endirib”, - deyə paylaşımda qeyd olunub.

CENTCOM bildirib ki, İranın dəniz blokadası başlayandan bəri tələblərə əməl etməyən 7 gəmi sıradan çıxarılıb, 134 gəmi başqa istiqamətə yönləndirilib, 42 humanitar yardım gəmisinin isə keçidinə icazə verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.