Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.18.2026 | 16:12 | Baxılıb: 1779
ABŞ İrana qarşı bir neçə həftə çəkəcək və müharibəyə çevrilə biləcək genişmiqyaslı hərbi əməliyyat hazırlayır. 

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” portalı Pentaqonun planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ və İsrailin birlikdə həyata keçirəcəkləri hərbi kampaniya ötən ilin iyun ayında baş vermiş 12 günlük İran-İsrail müharibəsindən qat-qat genişmiqyaslı olacaq: “Yeni əməliyyat İran rejimi üçün həyati əhəmiyyət daşıyacaq və bütün region üçün ciddi fəsadlara səbəb olacaq”.

Mənbələr bununla belə qeyd edir ki, Amerika cəmiyyətində son onillikdə ABŞ-nin Yaxın Şərqdə ən əhəmiyyətli hərbi müdaxiləsinə hazırlıq demək olar ki, müzakirə edilmir. İddialara görə, bu müharibənin ABŞ Prezidenti Donald Trampın prezidentliyinin qalan üç ili üçün dramatik nəticələr verə biləcəyinə baxmayaraq, Konqresin və ictimaiyyətin diqqəti digər məsələlərə yönəlib.

Qeyd edək ki, son zamanlar ABŞ İranla nüvə danışıqları ərəfəsində Yaxın Şərqə əlavə qüvvələr göndərib. Açıq aviasiya radarlarının məlumatlarına görə, son 24 saat ərzində bölgəyə 50-dən çox F-35, F-22 və F-16 qırıcıları cəlb olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.