
“gece.ws” “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölkədə hərbi obyektə zərbə endirilib.
Bildirilib ki, ABŞ rəsmilərinin fikrincə, sözügedən obyekt ABŞ qüvvələrinə və Hörmüş boğazında kommersiya gəmilərinə təhdid doğururdu.
Agentliyin mənbəsi həmçinin ABŞ-nin İrana məxsus bir neçə pilotsuz uçuş aparatı zərərsizləşdirdiyini də qeyd edib.
İranın “Fars” agentliyi isə İranda üç partlayışın qeydə alındığını bildirib.