Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.27.2026 | 09:17 | Baxılıb: 3398
ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İranın bir sıra obyektlərinə zərbələr endirib. 

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Daha sonradan ABŞ-nin hərbi komandanlığı məlumatı təsdiqləyib. 

Bildirilib ki, ABŞ-nin zərbələri İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Hörmüz boğazından keçən kommersiya gəmisinə hücumuna cavab xarakteri daşıyır: “ABŞ Mərkəzi Komandanlığının qüvvələri iyunun 26-da Hörmüz boğazından keçən kommersiya gəmisinə həyata keçirilən hücuma qəti cavab olaraq İrana zərbələr endirib”.

Komandanlığın məlumatına görə, ABŞ hərbçiləri əsas olaraq İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərini hədəfə alıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.