Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.28.2026 | 22:54 | Baxılıb: 4234
ABŞ-İsrail əməliyyatı təxminən bir həftə davam edəcək.

“gece.ws” xəbər verir ki, bu barədə “Kan” məlumat yayıb.

Bildirilib ki, İsrail Nazirlər Kabineti ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının təxminən bir həftə davam etməsinin planlaşdırıldığını açıqlayıb.

Məlumatda qeyd olunur ki, Əli Xamenei öldürülərsə və bu, iranlıların hakimiyyətə  qarşı üsyanına səbəb olarsa, əməliyyatın müddəti qısala bilər.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və digər yüksək vəzifəli şəxslər dünən gecə şənbə yeməkləri zamanı ailələri ilə birlikdə evdə olublar.

Bu, İran kəşfiyyatına əməliyyatın yaxınlaşması barədə heç bir xəbər verməmək üçün görülən tədbir olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.