Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.05.2026 | 23:05 | Baxılıb: 1665
“ABŞ ilə müharibə yenidən başlasa, İran indiyədək hədəf almadığı Amerika hərbi bazalarına da zərbələr endirə bilər”.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ali Lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, belə bir halda hərbi əməliyyatlar yalnız Fars körfəzi ilə məhdudlaşmayacaq. İran əməliyyatların coğrafiyasını genişləndirərək Hörmüz boğazı, Hind okeanı, Babül-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizini də əhatə edə bilər.

Həmçinin o qeyd edib ki, hazırda yeni müharibənin baş verməsi ehtimalı aşağı qiymətləndirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.