Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 13:30 | Baxılıb: 1446
ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni və ən böyük atom aviadaşıyıcısı olan “USS Gerald R. Ford” Yaxın Şərqi tərk edərək Avropa istiqamətinə yönəlib.

“gece.ws” “Forbes” nəşrinə istinadən xəbər verir ki, gəmi Qırmızı dənizdən Süveyş kanalı vasitəsilə Aralıq dənizinə keçərək son onilliklərin ən uzunmüddətli missiyalarından birini başa vurub.

Bununla aviadaşıyıcı dənizdə 314 gün qalaraq “USS Abraham Lincoln”un 2019-2020-ci illərdəki nəticəsini üstələyib. Hazırkı missiyanın Vyetnam müharibəsi zamanı dənizdə 332 gün keçirmiş “USS Midway” aviadaşıyıcısının tarixi maksimumunu da üstələyə biləcəyi istisna edilmir.

Qeyd edək ki, “USS Gerald R. Ford” regionu tərk etsə də, “USS Abraham Lincoln” və “USS George H. W. Bush” aviadaşıyıcıları hələ də Yaxın Şərqdə qalmaqdır.

Xatırladaq ki, “Gerald R. Ford” ötən ilin iyun ayında Norfolk limanını (Virciniya ştatı) tərk edib və oktyabr ayında Karib dənizinə göndərilib. Bu ilin fevralında isə aviadaşıyıcı onu müşayiət edən gəmilərlə birlikdə Yaxın Şərqə göndərilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.