Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.27.2026 | 21:17 | Baxılıb: 1369
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarını dəstəklədiyini bəyan edib.

“gece.ws” “Sky News”a istinadən xəbər verir ki, Ukrayna lideri İrandakı mövcud hakimiyyətin dəyişdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Zelenski bildirib ki, İran xalqına qarşı deyil, məhz hakimiyyətin özünə qarşı yönəlmiş hər hansı hərbi əməliyyatı dəstəkləyiri:

“İranın digər ölkələrə hücum etmək istəyən və böyük zərər vuran mövcud rejimini dəyişdirmək üçün xalqın kömək axtardığını düşünürəm”.

Ukrayna lideri vəziyyətin diplomatik yollarla həllinə üstünlük versə də, Tehranın danışıqlara səmimi yanaşmadığını və buna hazır olmadığını qeyd edib.

Qeyd edək ki, regionda gərginlik pik həddə çatıb. Bu gün Mərkəzi Komandanlığın (CENTCOM) baş admiralı Bred Kuper ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi ssenariləri təqdim edib. “Axios”un məlumatına görə, Ağ Ev rəhbəri artıq bölgədəki ABŞ hərbi gücünün əhəmiyyətli dərəcədə artırılmasını əmr edib və Tehrana qarşı hərbi kampaniya başlatmağı nəzərdən keçirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.