Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.22.2026 | 19:19 | Baxılıb: 6948
“Amerika Birləşmiş Ştatları 23 və ya 24 fevralda İrana hərbi zərbə endirə bilər”. 

“gece.ws” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

 “Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Con Kiriakou iddia edir ki, Amerika hökuməti bu vaxt hərbi zərbə endirmək qərarına gəlib. Ağ Evdəki mənbə ona hücumun bazar ertəsi və ya çərşənbə axşamı oluna biləcəyini bildirib”, - deyə nəşr bildirib.

Kiriakou qeyd edib ki, ABŞ Prezident Administrasiyası daxilində Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset İrana hücumu dəstəkləyirlər:

“Vitse-prezident Ceyms Devid Vens və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard buna qarşı çıxıblar”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.