Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.08.2026 | 02:36 | Baxılıb: 1497
İranın İsrailə endirdiyi zərbələrdən sonra ABŞ-nin Qüds və Təl-Əvivdəki diplomatik nümayəndəliklərinin bu gün bağlı olması ilə bağlı qərar verilib.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, diplomatların ailələrinə mümkün yeni raket hücumu halında evdə qalmaq və sığınacaqlara yaxın olmaq əmri verilib.

“İsraildəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq ABŞ səfirliyi bütün ABŞ hökumət işçilərinə və onların ailələrinə evdə qalmağı və hava hücumu xəbərdarlığı halında növbəti xəbərdarlığa qədər təhlükəsiz bir yerə köçməyə hazır olmağı tövsiyə edib”, - deyə məlumatda qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.