Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.12.2026 | 15:42 | Baxılıb: 1372
ABŞ nümayəndə heyəti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası məsələlərini müzakirə etmək üçün Ermənistana səfər edib.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində ABŞ Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb.

Tərəflərin TRIPР-in icrası ilə bağlı operativ və hüquqi xarakterli bir sıra məsələləri müzakirə edib razılaşdırdığı bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.