Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2026 | 00:15 | Baxılıb: 5571
ABŞ Prezidenti Donald Tramp blokadanı pozmağa çalışan, İran bayrağı altında üzən gəminin vurulduğunu və ələ keçirildiyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə o, özünün “Truth” sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, təxminən 270 metr uzunluğunda olan İran bayrağı altında üzən TOUSKA yük gəmisi dəniz blokadasını pozmağa cəhd edib, lakin bu cəhd onlar üçün yaxşı nəticələnməyib.

“ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində TOUSKA-nı ələ keçirib. İran heyəti xəbərdarlığa qulaq asmaqdan imtina etdikdə, gəmimiz mühərrik otağına zərbə endirib gəmini dayandırdı”, - deyə Tramp əlavə edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.